Premyer Liqamız 50-cidir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın milli çempionatlarının yeni reytinq siyahısını açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, 358 xalı olan Premyer Liqamız eyni xala malik Şimali İrlandiya ilə birlikdə 50-ci pillədə qərarlaşıb. Siyahının başında La Liqa dayanır. İkinci pillədə İngiltərə Premyer Liqası, üçüncü isə Braziliya A Seriyasıdır.