"Barselona" imtina etdi

"Barselona" Rafinyanı "İnter"ə satmaqdan vaz keçib. FutbolPlanet.Az xəbər verir ki, buna səbəb italyan klubunun istənilən məbləği verməməsidir. Belə ki, Kataloniya təmsilçisi qarşı tərəfdən 35 milyon avro tələb etsə də, Milan klubu 20 milyon avro təklif edib.