"Neftçi" mövsümün ikinci hissəsinin hazırlığını davam etdirir. FutbolPlanet.Az xəbər verir ki, paytaxt təmsilçisi yeni ildə ilk oyununu yanvarın 14-də keçirəcək. "Ağ-qaralar" "Keşlə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq yoxlama oyunu saat 15:00-da start götürəcək.