Yay transfer dönəmində "Olimpiakos"dan "Qarabağ"a icarəyə verilən Tarik Elyunussi klubla yollarını ayıra bilər. FutbolPlanet.Az xəbər verir ki, zədəsi ucbatından mövsümün ilk yarısında az oynayan norveçli yarımmüdafiəçi AİK-in maraq dairəsindədir. İsveç klubu 29 yaşlı oyunçunu icarə əsasında almaq fikrindədir. Artıq klub rəhbərliyi "Olimpiakos"la danışıqlara başlayıb.