Araz "sehrbaz" adlandırıldı

“Anortosis”də forma geyinən Araz Abdullayevin ölkə çempionatının 19-cu turunda AEK-lə oyundakı (3:1) çıxışı yerli mətbuatın diqqət mərkəzindədir. FutbolPlanet.Az xəbər verir ki, “themasports.com” saytı yarımmüdafiəçimizin performansını yüksək qiymətləndirib. İki məhsuldar ötürmə ilə yadda qalan gənc oyunçumuzu “sehrbaz” adlandıran həmkarlarımız bunları qeyd ediblər: “Sehrbaz Araz və Sisse AEK-i məhv etdilər. Abdullayev əla təsir bağışladı. “Anortosis”ə gəlişindən bu yana ən yaxşı oyununu sərgilədi. Azərbaycanlı futbolçu iki qol ötürməsi ilə komandanın qarşıya qoyduğu hədəfə çatmasına kömək etdi. Araz bununla “Anortosis”ə uyğunlaşdığını sübut etdi”.

loading...