Tosun, yoxsa Tuson?

“Everton” təzəlikcə heyətə cəlb etdiyi Cenk Tosunun adının yazıldığı formaları satışdan yığışdırıb. FutbolPlanet.Az xəbər verir ki, türk hücumçunun soyadı formada səhv yazılıb. Cenkin soyadı Tosun yox, Tuson kimi qeyd olunub. Klubun rəsmi mağazasından reportaj hazırlayan jurnalist, forma alıb çıxan cütlüyü bu barədə xəbərdar etdikdən sonra onlar mağazaya qayıdaraq, səhvin düzəldilməsini istəyiblər.

loading...