Özil "MY" yolunda

"Arsenal"da forma geyinən Mesut Özil "Mançester Yunayted"ə keçə bilər. FutbolPlanet.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo türk əsilli alman yarımmüdafiəçini sərəncamında görmək arzusundadır. Portuqaliyalı mütəxəssis tezliklə 29 yaşlı oyunçunun alınmasını istəyir. Mançester təmsilçisi "Arsenal"la mövcud müqaviləsi yaya qədər olan təcrübəli futbolçu üçün 39 milyon avrosundan keçməyə razıdır.