Teves vətəninə qayıtdı

Karlos Teves "Şanxay Şenxua" ilə yollarını ayırıb. FutbolPlaner.Az xəbər verir ki, argentinalı hücumçu "Boka Xuniors"a qayıdıb. 33 yaşlı futbolçu özünü Çində narahat hiss etdiyindən, bu addımı atıb. Təcrübəli forvard 2019-cu ilədək köhnə-yeni klubunda forma geyinəcək.