Arsen Vengerə sərt cəza!

"Arsenal"ın baş məşqçisi Arsen Venger sərt cəzaya məruz qalıb. FutbolPlanet.Az xəbər verir ki, İngiltərə Futbol Assosasiyası fransız mütəxəssisi 3 oyunluq diskvalifikasiya edib. Buna səbəb 68 yaşlı çalışdırıcının Premyer Liqanın 21-ci turunun "Vest Bromviç"lə oyunundan (1:1) sonra hakimi sərt şəkildə tənqid etməsidir. Verilən cəza ilə razılaşan təcrübəli mütəxəssis, eyni zamanda 40 min funt-sterlinq məbləğində cərimələnib.

loading...