Salah ən yaxşı seçildi

Böyük Britaniyanın BBC kanalı Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. FutbolPlanet.Az xəbər verir ki, qalibin adı kanalın saytında təşkil olunan səsvermə nəticəsində müəyyənləşib. Qalib Misir millisinin və "Liverpul"un üzvü Məhəmməd Salah olub. O, səsvermədə Sadio Mane (Seneqal, "Liverpul"), Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya Dortmund"), Nabi Keyta (Qvineya, "Leyptsiq") və Viktor Mozesi (Nigeriya, "Çelsi") geridə qoyub.

loading...