Muaremin yeni klubu

2012-2015 və 2016/2017 mövsümündə "Qarabağ"da forma geyinmiş Muarem Muaremin yeni klubu müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi karyerasını Albaniya çempionatında davam etdirəcək. 29 yaşlı futbolçu "Flamutari" klubuna keçib. Tərəflər arasında mövsümün sonunadək müqavilə imzalanıb.

loading...