"Vilyareal" - "Barselona" matçı (0:2) qonaqların nın aparıcı üzvü Lionel Messi üçün əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, 83-cü dəqiqədə komandasının 2-ci qolunu vuran argentinalı hücumçu Kataloniya klubunun heyətində vurduğu qolların sayını 525-ə çatdırıb. Bununla da Messi top-klubda vurulan qol sayına görə Herd Müllerə çatıb. Ulduz futbolçu 2004-cü ildən şərəfini qoruduğu "Barsa"da 606 oyun keçirib.

Maraq üçün bildirək ki, bir klubun heyətində ən çox fərqlənən Peledir. Dünya futbolunun əfsanəsi "Santos"da 643 qol vurub. İkinci yerdə "Slaviya"da (Praqa) 534 qol vurmuş Jozef Bitsandır. Müllerlə Messi 3-4-cü yerləri bölüşürlər.

loading...