"Səbail" - "Qarabağ" oyununun hakimləri açıqlandı

Premyer Liqamızın 4-cü turundan təxirə salınmış "Səbail" – "Qarabağ" matçı üçün hakim təyinatları açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, sabah, saat 19:00-da, "Bayıl Arena"da keçiriləcək görüşü Orxan Məmmədov idarə edəcək. Ona Mehman Mahmudovla Knyaz Əmiraslanov kömək edəcək. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov icra edəcək.

loading...