Antuan Qrizmann sıradan çıxdı

"Atletiko"da çıxış edən Antuan Qrizmann zədə alıb. FutbolPlanet.Az xəbər verir ki, fransız oyunçu Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Çelsi"yə qarşı oyun zamanı sıradan çıxıb. Tibbi müayinədən keçən yarımmüdafiəçinin omba əzələsində problem olduğu məlum olub. Buna görə də, o, La Liqanın növbəti turunda "Betis"lə görüşü kənardan izləyəcək.

loading...