Arda tilsimi qırmaq üzrədir

"Barselona"nın türkiyəli yarımmüdafiəçisi Arda Turan cari mövsüm ilk rəsmi matçını keçirə bilər. FutbolPlanet.Az xəbər verir ki, ispan klubunun həkimləri təcrübəli futbolçunun La Liqanın 15-ci turunda "Vilyarreal"a qarşı baş tutacaq oyunda iştirak etməsinə icazə veriblər. Komandanın çalışdırıcısı Ernesto Valverdenin dekabrın 10-da keçiriləcək matçda 30 yaşlı oyunçuya şans verəcəyi gözləniləndir.

loading...