Dekabrın 10-u, saat 14:00-da, "İnter Arena"da ölkə kubokunun 1/4 finalının ilk oyunu çərçivəsində "Keşlə"nin qonağı olacaq "Kəpəz" sözügedən görüşə tam heyətlə hazırlaşa bilmir. FutbolPlanet.Az xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Məhəmməd Qurbanov zədədən əziyyət çəkir. Bir müddətdir diz qapağında ağrıları olan futbolçu hazırda müalicə alır. Klubun tibbi personalından verilən məlumata görə, "Qəbələ"yə qarşı matçda sıradan çıxan orta xətt oyunçusu tədricən sağalsa da, məşqlərin birində yenidən zədələnib. Əyalət klubunda Viktor Oseqeyllə Fərid Məmmədov da zədə səbəbindən komandaya kömək edə bilmirlər.

loading...