Ronaldo yenə tarix yazdı

Çempionlar Liqasının H qrupunun son turunda keçirilən "Real" - "Borussiya" oyunu (3:2) Kristiano Ronaldo üçün əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı hücumçu komandasının ikinci qolunu vuraraq, tarixə düşüb. Belə ki, matçın 12-ci dəqiqəsində rəqib toru silkələyən təcrübəli oyunçu bununla da ÇL tarixində qrup mərhələsinin 6 oyununun hər birində qol vuran ilk futbolçu adına yiyələnib.

loading...