Dünən Çempionlar Liqasının qrup mərhələsində son tur başlayıb. FutbolPlanet.Az xəbər verir ki, ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Keçirilən matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb. "Roma" ilə səfər oyununda 0:1 hesabı ilə uduzan "Qarabağ" ölkəmizin xal ehtiyatını artıra bilməyib. Hazırda 23-cü pillədə qərarlaşan Azərbaycanın 19.125 xalı var. Ölkəmizdən 1 pillə öndə olan İsveç 19.225 xala malikdir.

loading...