Dekabrın 9-da və 10-da AFFA-nın təşklatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində 2006-2007-ci il təvəllüdlü uşaqlardan ibarət komandalar arasında futzal turniri təşkil olunacaq. FutbolPlanet.Az xəbər verir ki, turnirdə oğlanlarla yanaşı, qızlardan da təşkil olunmuş komandalar iştirak edəcək. Turnirin keçirilməsində əsas məqsəd orta məktəb şagirdlərinin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin təmin olunması, futbola marağın artırılmasıdır.

loading...