Ardanın taleyi öz əlindədir

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu Arda Turandan danışıb. FutbolPlanet.Az xəbər verir ki, klub başçısı türkiyəli oyunçunun komanda üçün önəmli sima olduğunu deyib: "İstəyirəm ki, Arda karyerasını klubumuzda davam etdirsin. O, zədəli idi, amma indi yaxşıdır. Tam olaraq hazır olduqdan sonra meydançada nələr edəcəyini görəcəyik. Hələ ki, onunla bağlı hansısa klubdan rəsmi təklif almamışıq. Hər şey Ardadan asılıdır. Komandada qalıb-qalamayacağına özü qərar verəcək".

loading...