Premyer Liqamızın 14-cü turunu izləyən azarkeşlərin sayı müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, son turu ümumilikdə 13.950 tamaşaçı tribunadan izləyib. Ən çox tamaşaçı əvvəlki turlarda olduğu kimi, yenə Gəncədə qeydə alınıb. Belə ki, "Sumqayıt"la matça 9500 azarkeş tribunadan baxıb. "Azərsun Arena"da reallaşan "Qarabağ" - "Neftçi" oyununda stadionda 3800 azarkeş olub. Bir müddətdən sonra yenidən "Bayıl Arena"ya qayıdan "Səbail"in "Zirə" ilə görüşündə 350 azarkeş qeydə alınıb. Turun ən az azarkeşi isə Qəbələdə olub. Meydan sahiblərinin "Keşlə" ilə qarşılaşmasına 300 tamaşaçı baxıb.

loading...