Bu gün 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi olub. FutbolPlanet.Az xəbər verir ki, Moskvada Dövlət Kreml sarayında keçiriləcək mərasim Bakı vaxtı ilə 19:00-da start götürüb.

A qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay

B qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran

C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka

D qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya

E qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya

F qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya

G qrupu: Belçika, Panama, Tunis, İngiltərə

H qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya

"DÇ-2018" 14 iyun - 15 iyul tarixləri aralığında Rusiyanın 11 şəhərində baş tutacaq.