Ölkə kuboku "CBC Sport"da!

Sabah Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları start götürəcək. FutbolPlanet.Az xəbər verir ki, baş tutacaq 8 matçdan ikisi "CBC Sport" kanalından canlı yayımlanacaq. Belə ki, sabah 17:00-a təyin olunan "Neftçi" - "Zaqatala" və o biri gün 13:30-da keçiriləcək "Şüvəlan" - "Səbail" oyunları sözügedən kanaldan birbaşa nümayiş olunacaq.