Füzulidə turnir keçirildi

Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Füzuli rayonunda 10-12 yaşlı uşaqlardan ibarət komandalar arasında turnir keçirilib. FutbolPlanet.Az xəbər verir ki, 10 komandanın iştirak etdiyi yarışın qalibi Beyləqan təmsilçisi olub. İmişli və Saatlı komandaları müvafiq olaraq ikinci və üçüncü pilləni tutub. Yarış başa çatdıqdan sonra qalib komandalara kubok və diplomlar təqdim olunub.

loading...