Noyabrın 22-də, saat 21:00-da, Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" matçının hakimləri bəllidir. FutbolPlanet.Az xəbər verir ki, iki gün sonra baş tutacaq görüş portuqaliyalı referilərə həvalə olunub. Oyunun baş hakimi Manuel De Souza olacaq. Ona Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər. Fabio Verissimo və Luis Migel Branko Qodinyo isə əlavə hakim köməkçiləri funksiyasını yerinə yetirəcəklər.

loading...