Topaz Premyer Liqasının XII turu rekordla əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, keçirilən 4 qarşılaşmada 13 qol vurulub. Orta məhsuldarlıq 3,25-ə bərabər olub. Bununla da mövsümün rekordu təkrarlanıb. Arxada qalan 11 turda yalnız ilk turda məhsuldarlıq 3 və ya daha yüksək idi. Belə ki, I turda da keçirilən 4 matçda 13 qol vurulmuşdu. Həmin rekordun təkrarlandığı XII turda “Qarabağ” “Sumqayıt”ı 2:0 yenibsə, “Keşlə” “Zirə”yə 0:1, “Kəpəz” “Səbail”ə, “Neftçi” “Qəbələ”yə eyni – 2:3 hesabı ilə uduzub. Maraqlıdır ki, rekordun qeydə alındığı ilk turda da, bunun təkrarlandığı XII turda da toplardan 6-nı meydan sahibləri, 7-ni qonaqlar vurub.

Qeyd edək ki, arxada qalan 12 turun 47 oyununda 112 top vurulub və orta məhsuldarlıq 2,38-ə bərabər olub.

loading...