Yunis Hüseynov "Kəpəz"də!

"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, Müşahidə Şurasının (MŞ) qərarına əsasən, komanda Yunis Hüseynova həvalə olunub. MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Beləliklə, o, “Səbail”lə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi vəzifəsində əvəz edib. Sözügedən mütəxəssis sabah komandaya təqdim olunacaq.

loading...