Rekord transferə hazırlaşırlar

"Mançester Yunayted" tarixinin transfer rekordunu qırmaq niyyətindədir. FutbolPlanet.Az xəbər verir ki, ingilis nəhəngi "Real"da forma geyinən Marko Asensionu almaq istəyir. Mançester təmsilçisi istəyini reallaşdırmaq üçün "kral klubu"na 177 milyon funt sterlinq təklif edəcək. Deyilənə görə, 21 yaşlı hücumçu da "qırmızı şeytanlar"a keçməyə razıdır.

loading...