İtaliya millisi DÇ-2018-in "play-off" mərhələsində iki oyunun nəticəsinə əsasən, İsveçə uduzaraq, mundiala vəsiqə qazana bilməyib. FutbolPlanet.Az xəbər verir ki, komandanın kapitanı Canluici Buffon oyundan sonra bir neçə açıqlama verib: "Bu uğursuzluqda hər kəs günahkardır. Günahkar axtarmamalıyıq. Birlikdə qalib gəlmişik, birlikdə uduzmuşuq. Özüm üçün deyil, İtaliya futbolu adına çox üzgünəm. Ölkəmizin adına çox şeyi ifadə edən yarışdan kənarda qaldıq. Bunları necə deyəcəyimi bilmirəm, amma mən artıq milli karyerama nöqtə qoyuram. Məyusam, yığmadan bu cür getmək istməzədim".

Xatırladaq ki, təcrübəli qapıçı millidə debütünü 1997-ci ildə edib. O, yığmada 175 oyun keçirib.

loading...