"Qarabağ" Premyer Liqanın XII turunda "Sumqayıt"ı qəbul edəcək. FutbolPlanet.Az xəbər verir ki, 18:30-da başlanacaq görüş Bakı Olimpiya Stadionunda keçiriləcək. Bununla da BOS-da ilk çempionat matçı keçiriləcək. Məlumatı Ağdam klubundan təsdiqləyiblər.

Noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Çelsi"ni qəbul edəcək "Qarabağ" həmin oyun ərəfəsində meydançaya uyğunlaşmaq üçün "kimyaçılar"ı məhz BOS-da qəbul edəcək.

loading...