Beyl "Real"dan göndərilir

Qaret Beyl mövsümün sonunda "Real"dan göndəriləcək. FutbolPlanet.Az xəbər verir ki, uelsli yarımmüdafiəçi mütəmadi zədələr alması paytaxt təmsilçisini narahat etdiyindən, onunla yollar ayrılacaq. 2013-cü ildən "kral klubu"nda topq ovan təcrübəli futbolçu 19 dəfə zədələnib. Deyilənə görə, Madrid klubu ona əvəzləyici axtarır. İspan nəhəngi ilə mövcud müqaviləsi 2022-ci ilədək qüvvədə olan Beyllə "Mançester Yunayted" yaxından maraqlanır.

loading...