Nazarovdan növbəti qol

Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" klubu yoldaşlıq oyununda qüvvəsini sınayıb. FutbolPlanet.Az xəbər verir ki, Aue təmsilçisi digər alman klubu "Plauen"lə üz-üzə gəlib. Görüş Nazarovun komandasının qələbəsi ilə yekunlaşıb - 2:1. Oyuna start heyətində başlayan Dmitri 1 saat meydanda olub. "Erzgebirge"nin ilk qolunu da futbolçumuz vurub.

loading...