2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir millinin adı bəllidir. FutbolPlanet.Az xəbər verir ki, Afrika zonası üzrə seçmə mərhələnin D qrupunun V turunda baş tutan CAR - Seneqal matçında qonaqlar 2:0 hesablı qalibiyyətlə sona bir tur qalmış mundiala vəsiqəni təmin edib. Beləliklə, DÇ-2018-ə yüksələn komandaların sayı 24-ə çatıb. Bunadək təşkilatçı Rusiya, həmçinin, Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama yığmaları dünya çempionatında iştirak hüququ qazanıblar.

loading...