Avropanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy" mükafatının sahibi bəllidir. FutbolPlanet.Az xəbər verir ki, sözügedən mükafat Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappeyə nəsib olub. İtaliyanın "Tuttosport" nəşrinin Avropa jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, gənc futbolçu bu ada layiq görülüb. O, səsvermədə həmyerlisi Usman Dembele ("Barselona") və braziliyalı Qabriel Xesusu ("Mançester Siti") geridə qoymağı bacarıb.

loading...