"Qarabağ"a bəd xəbər

Millimizin və "Qarabağ"ın aparıcı üzvü Bədavi Hüseynov bir müddət yaşıl meydanlardan kənarda qalacaq. FutbolPlanet.Az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko" ilə matçın son dəqiqələrində zədələnən müdafiəçi tibbi müayinədən keçib. Məlum olub ki, Bədavi ən azı 3 həftə futbolsuz qalacaq. Yalnız bu müddətdən sonra onun durumuna yenidən baxılacaq. Beləliklə, təcrübəli futbolçu oktyabrın 31-də "Atletiko" ilə səfər matçını buraxmalı olacaq.

loading...