"Sumqayıt"a şad xəbər

Sabah Premyer Liqanın IX turunda "Zirə"ni qəbul edəcək "Sumqayıt" hazırlıqlarını davam etdirir. FutbolPlanet.Az xəbər verir ki, "kimyaçılar" növbəti məşqini "Kapital Bank Arena"da keçib. "Qəbələ" ilə oyunda zədə alan Vüqar Bəybalayev artıq hazırlıqlara qoşulub. Bundan başqa, əvəzedici heyətin 3 üzvü də kollektivlə birgə çalışıb. Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən Samir Abasov, iki tərəfli oyunla hazırlığı yekunlaşdırıb.

loading...