Hazırda icarə əsasında "Vilyareal"da forma geyinən Karlos Bakka keçmiş komandası "Milan"dan danışıb. FutbolPlanet.Az xəbər verir ki, kolumbiyalı oyunçu tarixin ən zəif "Milan"ında oynadığını deyib: "Milan"da keçirdiyim illər şəxsi karyerama görə pis alınmadı. Komandamız da yaxşı olsaydı, daha böyük uğurlar qazana bilərdik. Tarixin ən pis "Milan"ının futbolçusu idim. 31 illik prezident olan Berluskoni klubu satmaq qərarını verdi. Mən baş məşqçi və yeni funksionerlərlə eyni fikirdə deyildim".

31 yaşlı hücumçu "Milan"da keçirdiyi 69 oyunda 31 qol vurub. Cari mövsüm "Vilyarreal"a keçən Bakka, ispan klubunda keçirdiyi 9 matçda 2 qol vurub.

loading...