Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində XI turun oyunları baş tutub. FutbolPlanet.Az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Sözügedən komanda "Bohemians"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 0:2. Oyuna ehtiyatdan baxan gənc futbolçumuz 61-ci dəqiqədə meydançaya daxil olub. Lakin o da komandasını məğlubiyyətdən xilas edə bilməyib.

loading...