İbrahimoviç qayıtdı

"Mançester Yunayted"da çıxış edən Zlatan İbrahimoviç zədədən qayıdıb. FutbolPlanet.Az xəbər verir ki, isveçli hücumçu hazırlıqlara başlayıb. Təcrübəli oyunçu məşqçilərin tərtib etdiyi xüsusi proqram əsasında məşq edir. Ötən mövsümün sonunda zədələnərək, uzun müddətlik sıradan çıxan Zlatan, həmin mövsümdə 46 oyuna 28 qol vurmuşdu.

loading...