"Araz" mübarizəni dayandırdı

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan "Araz" qrupda son matçına çıxıb. FutbolPlanet.Az xəbər verir ki, çempionumuz Rumıniyanın "Deva" klubu ilə görüşüb. Bundan əvvəlki iki oyununda qələbə qazanan təmsilçimiz, təəssüf ki, sonuncu qarşılaşmasında uğur qazana bilməyib. Belə ki, komandamız meydan sahiblərinə 3:6 hesabı ilə uduzaraq, qrupda ikinci pilləyə enib. Bununla da "Araz" elit-raunda vəsiqəni əldən verib.

loading...