"Yuventus"da çıxış edən Sami Xedira "FİFA18" oyununa etiraz edib. FutbolPlanet.Az xəbər verir ki, alman oyunçu istehsalçı şirkətə onu düzgün təsvir etmədiyinndən, narazılığını "Tvitter" hesabından bildirib. Belə ki, təcrübəli yarımmüdafiəçi sözügedən komputer oyununda saçlarının uzun göstərilməsindən şikayətlənib. O, etdiyi paylaşımda bunları yazıb: ""Xəbəriniz yoxdur, ancaq 2 ildir ki, saçlarım qısadır". 30 yaşlı futbolçunun bu paylaşımına ən maraqlı cavabı isə izləyicilərindən biri verib: "Daim zədəli olduğuna görə, qısa saçlı halını görməyiblər".

Xedira avqustun 26-da "Cenoa" ilə görüşdə zədə aldıqdan sonra hələ ki, oynaya bilmir.

loading...