Xanımı Arşavindən ayrıldı

Rusiya millisinin sabiq üzvü Andrey Arşavin ailəsindən ayrılıb. FutbolPlanet.Az xəbər verir ki, buna səbəb 36 yaşlı yarımmüdafiəçinin həyat yoldaşına xəyanət etməsidir. 36 yaşlı futbolçunun xanımı olmuş Alisa Kazmina bu haqda belə danışıb: "Xəyanəti bağışlaya bilməzdim. Daha onunla birlikdə yaşamaq fikrində deyiləm. Hamı mənə deyirdi ki, Arşavin səndən ayrılacaq. Lakin mən özüm ondan ayrıldım. Düzdür, üç uşaqla ailə dağıtmaq hər kəsə qəribə gəlir. Ancaq onu deyim ki, bir tanışım təzəlikcə 4 uşağı olmasına baxmayaraq, yenidən ərə gedib".

loading...