17 yaşadək futbolçulardan ibarət millimizin üzvü Mutlu Aksu Doğan "Qalatasaray"a keçib. FutbolPlanet.Az xəbər verir ki, türk klubu gənc yarımmüdafiəçini rənglərinə bağlayıb. İstanbul nəhəngi bu transfer üçün Aksunun klubu "Altınordu"ya təzminat ödəməyib. Əgər gənc oyunçu "Cim-bom"dan başqa bir kluba keçərsə, o zaman məbləğın 50 faizi İzmir təmsilçisinin olacaq. Anlaşmaya əsasən, Mutlu ilk olaraq "Qalatasaray"ın U-21 komandasında oynayacaq. Qış fasiləsindən sonra isə əsas komanda ilə məşqlərə başlayacaq.

loading...