Albaniya Super Liqasında V tura yekun vurulub. FutbolPlanet.Az xəbər verir ki, millimizin keçmiş üzvü Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" klubu bu tur "Luşnya"nın qonağı olub. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 0:2. Qollardan birini də hücumçumuz vurub. Belə ki, Rauf 60-cı dəqiqədə rəqib toru silkələyərək, Albaniya çempionatında qol hesabını açıb. Bu qələbə sayəsində xallarının sayını 10-a yüksəldən "Kukesi" hazırda turnir cədvəlinin 2-ci pilləsində yer alır. Lider isə 13 xala malik "Skenderbeu"dur.

loading...