PSJ-nin prezidenti Naser Əl-Xələfi korrupsiyada ittiham olunur. FutbolPlanet.Az xəbər verir ki, İsveçrə prokurorluğu ona qarşı cinayət işi açıb. PSJ-nin prezidentinin Qətərin "BeIN Media Group" kompaniyasının DÇ-2026 və DÇ-2030-un yayım hüququnu alarkən, maxinasiyaya yol verdiyi deyilir. İddialara görə, "BeIN Media Group"un baş direktoru olan Əl-Xələfi FİFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verib. Buna görə də Valke sorğuya cəlb olunub. Onun Fransa, İtaliya, Yunanıstan və İspaniyadakı evlərində axtarışlar aparılıb.

loading...