"Barselona" "Kamp Nou"nun adını dəyişə bilər. FutbolPlanet.Az xəbər verir ki, Kataloniya təmsilçisi stadionun adını almaq üçün sponsor axtarışındadır. Əgər sponsor tapılsa, 2018-ci ildən etibarən, arenanın adı dəyişəcək. Deyilənə görə, stadionun adı 200 milyon avroya satılacaq.

Onu da bildirək ki, "Kamp Nou"dakı yenidənqurma işlərindən sonra tamaşaçı tutumu 105 minə çatdırılacaq, stadiona dam örtüyü qoyulacaq, yeni tablo quraşdırılacaq və VİP loja genişləndiriləcək.

loading...