Braziliya millisinin sabiq üzvü Adriano yenidən futbola qayıtmaq arzusundadır. FutbolPlanet.Az xəbər verir ki, 35 yaşlı keçmiş hücumçu bu barədə belə danışıb: "Özümü yeni bir proyekt üçün hazırlayıram. Gələn aylarda klubsuz olaraq məşqə başlayacam. Hesab edirəm ki, futbol oynaya biləcək gücdəyəm. Hər kəs yaxşı bilir ki, karyeramı istədiyim kimi başa vurmamışam. Açığı, buna görə çox üzgünəm. Karyeramı yarımçıq hekayə kimi görürəm".

Adriano "Parma", "İnter" və "Roma"da oynayıb. O, Braziliya millisində keçirdiyi 50 matçda 29 qola imza atıb.

loading...