Almaniya millisində ciddi itki

DÇ-2018-in seçmə qrup mərhələsində millimizin üzvü Ramil Şeydayevlə mübarizə aparmaq istəyərkən, zədə alaraq yerdə qalan Almaniya yığmasının üzvü Şkodran Mustafinin durumu ciddidir. FutbolPlanet.Az xəbər verir ki, "Arsenal"da çıxış edən 25 yaşlı müdafiəçi bir ay yaşıl meydanlardan kənar qalacaq. Bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib.

loading...