"Milan"ın əfsanəvi futbolçusu Corc Vea Liberiyanın prezidenti seçilib. FutbolPlanet.Az xəbər verir ki, keçmiş yarımmüdafiəçi səsvermədə hamını qabaqlayıb. 2005-ci ildə də prezidentliyə namizədliyini irəli sürən Vea, əsas rəqibi olan Ellen Conson Sirleafa uduzmuşdu.

Xatırladaq ki, Vea 1995-ci ildə "Qızıl top" mükafatını qazanan ilk afrikalı futbolçu olub. O, "Milan"ın heyətində 1995/1996 və 1997/1998 mövsümlərində İtaliya çempionu olub. 51 yaşlı veteran futbolçu 1987-2003-cü illər aralığında Liberiya millisinin şərəfini qoruyub.

loading...