"Qarabağ"ın rəqibində növbəti itki

Çempionlar Liqasında "Qarabağ"a rəqib olan "Roma" daha bir itkiyə məruz qalıb. FutbolPlanet.Az xəbər verir ki, italyan klubunun hücumçusu Stefan El-Şaraavi zədələnib. 24 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində Albaniya ilə matçda sıradan çıxıb. Tibbi müayinədən sonra məlum olub ki, gənc oyunçu 10 gün futbolsuz qalacaq. Paytaxt klubu zədələri ucbatından Emerson, Pelleqrini, Strootman, Defrel və Şikin də xidmətindən yararlana bilmir.

loading...